9 aydır kosmosda qalan astronavtların köməyinə Mask çatdı

Təxminən 9 aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan iki astronavt SpaceX-in Dragon kapsulunda Yerə qayıdıb.
TNS xəbər verir ki, astronavtların Florida sahillərinə eniş etdiyi açıqlanıb.
ABŞ Prezidenti Donald Trampın kosmosda qalan iki astronavtı Yerə qaytarmaq üçün amerikalı iş adamı İlon Maskı təyin etməsindən sonra problem həll olunub.
Xatırladaq ki, Batç Uilmor və Suni Uilyams 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün BKS-yə göndərilib.
Starliner-də yaranan texniki problem səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.