Putin Rusiya – Ukrayna münaqişəsinin həlli üçün əsas şərti açıqladı
19
23:40 - 18 Mart 2025

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa deyib ki, Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həlli Kiyevə hərbi yardımın tamamilə dayandırılmasını tələb edir.
TNS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon danışığından sonra məlumat yayıb.
“Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi-diplomatik vasitələrlə həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılması olmalıdır”, – məlumatda bildirilib.