Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlayır

Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərq regionunda dərhal danışıqlara başlayacaq.
TNS xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığından sonra yaydığı məlumatda deyilib.
Sənəddə bildirilib ki, ABŞ və Rusiya liderləri sülhə doğru hərəkətin enerji və infrastruktur obyektlərinə hücumların dayandırılması, eləcə də Qara dənizdə atəşkəs, tam atəşkəs və davamlı sülhə nail olmaq üçün texniki danışıqların aparılması ilə başlayacağı barədə razılığa gəliblər.
“Bu danışıqlar dərhal Yaxın Şərqdə başlayacaq”, – bəyanatda deyilib.