Kreml Putin-Tramp telefon danışığının təfərrüatlarını açıqladı - YENİLƏNİB

Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunu ilə bağlı məlumat yayıb.
TNS Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda liderlərin Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdirdikləri qeyd olunub.
"Vladimir Putin hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq kimi nəcib məqsədə nail olmaqda kömək etmək istəyinə görə Donald Trampa minnətdarlığını bildirib.
Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya Prezidenti amerikalı tərəfdaşları ilə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün işləməyə hazır olduğunu bəyan edib. Əlbəttə ki, böhranın əsas səbəblərini, Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını aradan qaldırmaq üçün mütləq ehtiyacı nəzərə almaqla ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya tərəfi bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasının zəruriliyi ilə bağlı bir sıra mühüm məqamları qeyd edib. Dəfələrlə sabotaj edən və əldə olunmuş razılaşmaları pozan Kiyev rejiminin danışıqlar apara bilməməsi ilə bağlı ciddi risklər də qeyd edilib. Ukrayna silahləlarının Kursk vilayətinin mülki əhalisinə qarşı törətdiyi vəhşi terror cinayətlərinə diqqət çəkilib.
Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılması və Kiyevə kəşfiyyat məlumatlarının verilməsi olmalıdır.
Donald Trampın Kursk vilayətində mühasirəyə alınmış ukraynalı hərbçilərin həyatlarını bağışlamaq barədə bu yaxınlarda etdiyi müraciətlə əlaqədar Vladimir Putin təsdiq edib ki, Rusiya tərəfi humanitar mülahizələri rəhbər tutmağa hazırdır və onların təslim olduğu təqdirdə Rusiya qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq Ukrayna Silahlı Qüvvələri əsgərlərinin həyatına və onlara layiqli rəftarına zəmanət verir.
Telefon danışığı zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib.
Rusiya prezidenti Donald Trampın Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı tanınmış təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv cavab verib. Belə bir sazişin konkret təfərrüatlarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb.
Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175/175 nisbətində əsirlərin mübadiləsi aparılacaq. Bundan əlavə, xoşməramlılıq əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi Kiyevə təhvil veriləcək.
Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradıldığı qeyd olunub", deyə Kremlin Putin-Tramp telefon danışığı barədə yaydığı məlumatda qeyd olunub.
Vladimir Putin və Donald Tramp beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Qeyd olunub ki, böhran nöqtələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək. "Bu, öz növbəsində, Rusiya-Amerika münasibətlərinin ümumi atmosferinin yaxşılaşmasına töhfə verəcək. Müsbət nümunələrdən biri BMT-də Ukrayna münaqişəsi ilə bağlı qətnamənin yekdilliklə səsverməsidir.
Dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsində Rusiya və ABŞ-ın xüsusi məsuliyyəti fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bu kontekstdə ölkələrimizin əməkdaşlıq qura biləcəyi geniş sahələr nəzərdən keçirilib. İqtisadiyyat və enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində irəliləyən bir sıra fikirlər müzakirə olunub.
Donald Tramp Vladimir Putinin ABŞ və Rusiyada NHL və KHL-də çıxış edən rusiyalı və amerikalı oyunçular arasında xokkey matçları təşkil etmək ideyasını dəstəkləyib.
Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər".
21:00
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.
TNS xəbər verir ki, telefon danışığının başa çatdığını Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.
Bildirilib ki, Putin-Tramp telefon danışığı bir saat yarımdan çox davam edib.