Close

İsrailin Qəzzaya yeni zərbələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrə görə məsuliyyət ABŞ-nin üzərinə düşür, çünki o, İsrail tərəfinə hər cür dəstək göstərir.

TNS xəbər verir ki, bu barədə BFMTV telekanalı HƏMAS-ın bəyanatına istinadən məlumat yayıb.

"ABŞ İsrailə qeyri-məhdud siyasi və hərbi dəstək göstərdiyi üçün Vaşinqton Qəzzada qadın və uşaqların öldürülməsinə görə tam məsuliyyət daşıyır", - bəyanatda bildirilib.

Daha əvvəl Ağ Evin nümayəndəsi Kerolayn Levitt “Fox News” telekanalının efirində təsdiqləyib ki, İsrail tərəfi Qəzzaya hava zərbələri endirməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə məsləhətləşib.