İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirdi
13
18:00 - 18 Mart 2025

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna yeni zərbələr endirib.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, zərbələrin hədəfi Suriyanın cənubundakı Xan-Arnaba qəsəbəsi ərazisində yerləşən artilleriya vasitələri olub.
"Suriyanın cənubunda silahların olması İsrail dövləti üçün təhlükə yaradır. İsrail Ordusu Suriyanın cənubunda hərbi təhlükənin olmasına imkan verməyəcək", - hərbçilər bildirib.