Türk jurnalistin İrəvandan hazırladığı reportaj erməniləri hiddətləndirdi - VİDEO

Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün İrəvana səfər edən CNN Türkün xəbər redaktoru İdris Arıkan Ermənistanla bağlı reportaj hazırlayıb.
TNS xəbər verir ki, “Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?” adlı reportaj Ermənistanda kəskin reaksiyaya səbəb olub.
Jurnalist İrəvan şəhərinin qədim türk torpağı olduğunu bildirib. İrəvandakı yeganə məscid olan Göy Məscidin fonunda çıxış edərək tarixi xatırladan İdris Arıkan türk əhalinin İrəvandan necə qovulduğundan danışıb. Türk jurnalistin 26 dəqiqəlik reportajı erməniləri hiddətləndirib.