İrandan Trampın təhdidinə CAVAB

Vaşinqton Tehrana qarşı istənilən təcavüz aktının ağır nəticələrinə görə tam məsuliyyət daşıyacaq.
TNS “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki səfiri Səid İrəvani ABŞ prezidentinin İranın Yəmən qüvvələrini dəstəkləməsi ilə bağlı ittihamlarına cavab olaraq deyib.
İranınlı diplomat BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının sədri Kristina Markus Lassenə ünvanladığı məktubda ABŞ-yə xatırladıb ki, İran istənilən düşmənçilik hərəkətlərinə qarşı beynəlxalq hüquq normalarına uyğun olaraq öz suverenliyi, ərazi bütövlüyü və milli maraqlarını qətiyyətlə müdafiə edəcək.
Xatırladaq ki, ABŞ Prezidenti İranı təhdid edərək, husilərin atdığı hər bir güllənin İranın silahları və rəhbərliyi tərəfindən atılan güllə sayılacağını və bunun İran üçün nəticələrinin çox ağır olacağını bildirib.