"Oval kabinetdə kiçik bir səhnə gördünüz"- Trampdan etiraf
20
11:19 - 18 Mart 2025

Ukraynanı doğru olanı etməyə məcbur etmək üçün o mübahisə lazım idi.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp fevralın 28-də Oval kabinetdə baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, mübahisə Kiyevə təzyiqin tərkib hissəsi olub.
"Çətin vəziyyət idi. Oval kabinetdə kiçik bir səhnə gördünüz", - Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, Ukrayna indi düzgün hərəkət edir.