Close

ABŞ ordusu Yəməndə husiləri vurdu

ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan Hodeyda vilayətinin ərazisinə zərbələr endirib.

TNS xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum vilayətin mərkəzinə yaxın, Qırmızı dənizin sahilində yerləşən əl-Arc bölgəsində həyata keçirilib.

“Al Hadath” telekanalının məlumatına görə, ABŞ-nin zərbələrinin hədəfi husilərin yerləşdirildiyi məntəqələr olub.