Close

İranın müxalifət lideri ev dustaqlığından azad edilir

İran müxalifətinin lideri 87 yaşlı Mehdi Kərrubi 14 il davam edən ev dustaqlığından azad olunacaq.

TNS xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

2009-cu ildə prezident seçkilərinin nəticələrinə etiraz edən Kərrubi 2011-ci ildən ev dustaqlığında saxlanılırdı. Onun oğlu Hüseyn Kərrubi atasına qarşı məhdudiyyətlərin məhkəmə hakimiyyətinin qərarı ilə bu gün aradan qaldırıldığını bildirib.

Bununla yanaşı, təhlükəsizlik qüvvələri aprelin 8-dək onun evində qalaraq mühafizəni təmin edəcəklər.

Kərrubinin siyasi müttəfiqi, keçmiş baş nazir Mirhüseyn Musəvinin də yaxın aylarda ev dustaqlığından azad ediləcəyi gözlənilir.

İran Prezidenti Məsud Pezeşkian seçki kampaniyasında hər iki siyasətçinin azad olunacağına söz vermişdi.