Close

İran qorxunc böhranla üz-üzə- Milyonlarla insanın həyatı...

İran milyonlarla vətəndaşın su təchizatını təhdid edən ciddi su böhranı ilə üzləşib.

TNS xəbər verir ki, bu barədə "Fransa 24” telekanalı məlumat yayıb.

Məlumata görə, su anbarları sürətlə tükənir və Tehranda artıq planlı şəkildə su fasilələri yaşanır. Səlahiyyətlilər bildirir ki, paytaxtı təmin edən beş əsas su anbarı cəmi 13% doludur, lakin ekspertlər real rəqəmin daha da aşağı olduğunu, təxminən 6% olduğunu söyləyirlər.

İranda dörd onillikdən artıqdır ki, yağıntılarda əhəmiyyətli azalmalar müşahidə olunur, Tehranda son 55 ilin ən quraq ili yaşanır. İllik orta göstərici ilə müqayisədə yağış 46% azalıb.

Quraqlığa nəzarət idarəsinin rəhbəri bildirib ki, bu il yağışlı yaz gözlənilmir və ölkədə böhranın idarə olunması üçün lazımi tədbirlər görülməsə, isti mövsümdə fəlakətli vəziyyət yarana bilər.

Su qıtlığının öhdəsindən gəlmək üçün səlahiyyətlilər qrunt sularının çıxarılması üçün Tehranda təxminən 250 dərin quyu qazmağı planlaşdırır. Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, belə sular çirklidir, tərkibində ağır metallar və təhlükəli azot vardır. Digər variant isə sənaye və kənd təsərrüfatı üçün su təchizatının kəsilməsidir ki, bu da iqtisadi böhrana və milyonlarla iranlının güzəranına ciddi ziyan vura bilər.

Rəsmi məlumatlara görə, ölkənin su ehtiyatının 57%-i artıq boşdur, bəzi ərazilərdə vəziyyət daha da kritikdir. Ekspertlər xəbərdarlıq edirlər ki, siyasətdə və ya hava şəraitində dəyişiklik olmazsa, İran milyonlarla insanın həyatına birbaşa təsir edəcək ciddi su çatışmazlığı ilə üzləşə bilər.