Close

ABŞ və İsrail qəzzalılar üçün yeni yer tapıb

ABŞ və İsrail Suriyanı Qəzza zolağından olan qaçqınlar üçün mümkün bir yer kimi nəzərdən keçirir.

TNS xəbər verir ki, bu barədə mənbələrə istinadən CBS News kanalı məlumat yayıb.

Donlad Trampın qəzzalıları başqa ölkəyə köçürmək ideyası ilə tanış olan üç mənbə bildirib ki, onun administrasiyası və İsrail də Suriyada maraqlıdır.

Kanalın başqa bir mənbəsi isə ABŞ-nin üçüncü tərəf vasitəsilə Suriyanın yeni müvəqqəti hökuməti ilə əlaqə saxlamağa cəhd etdiyini deyib.

Associated Press-in (AP) məlumatına görə, Tramp administrasiyası Qəzza zolağından qaçqınları qəbul etməyə razılaşarsa, Somalilend Respublikasının suveren dövlət kimi tanınması ilə bağlı danışıqlar aparacaq.