Close

Fransanın ABŞ-dən tələbi- Heykəlimizi verin!

Ukraynanın qatı müdafiəçilərindən olan fransız siyasətçi Rafel Qluksman ABŞ-nin müharibə ilə bağlı mövqeyini tənqid edib və Azadlıq heykəlinin geri qaytarılmasını tələb  edib.

TNS AFP-yə istinadən xəbər verir ki, bu barədə o, partiyasının qurultayındakı çıxışında bildirib.

"Biz zalımların tərəfini seçən, elmi azadlıq tələb edən tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: "Bizə Azadlıq heykəlini geri verin"”,- Qluksman qeyd edib.

Çıxışı boyu qəzəblənən fransız siyasətçi, "Biz onu sizə hədiyyə etmişdik, amma deyəsən, ona xor baxırsınız. Deməli, evdə hər şey yaxşı olacaq" deyə əlavə edib.

Qeyd edək ki, Fransa 1884-cü ildə iki ölkə arasındakı ittifaqı xatırlamaq üçün ABŞ-yə Azadlıq Heykəlini hədiyyə edib. Heykəl sökülərək böyük qutulara yığılılıb və Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Isere” gəmisi ilə Nyu-Yorka daşınıb. Bütün strukturun tikintisi 1886-cı ildə tamamlanıb.

Nyu-Yorkda yerləşən heykəl o vaxtdan bəri azadlığın və ABŞ-nin simvoluna çevrilib.