Kreml təsdiqlədi: danışıq bu tarixdə baş tutacaq
10
14:39 - 17 Mart 2025

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı çərşənbə axşamı, martın 18-nə planlaşdırılıb.
TNS xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
“Bəli, belə bir söhbət həqiqətən də çərşənbə axşamı üçün hazırlanır”,- Peskov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp martın 18-də Putinlə şəxsən danışacağını bildirmişdi.