PUA helikopterlə toqquşub
8
14:32 - 17 Mart 2025

Cənubi Koreyadakı hərbi bazada "Hero" tipli pilotsuz uçan aparat Surion helikopteri ilə toqquşub.
TNS xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələrinə istinadən “Younhap” agentliyi məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, insident zamanı xəsarət alan olmasa da, avadanlıq tamamilə yanıb.
Toqquşma pilotsuz təyyarənin Yandcu şəhərindəki hərbi bazaya enməyə cəhd etdiyi zaman baş verib və yanğın təxminən 20 dəqiqə sonra söndürülüb.
Qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.