Çərşənbələrdə 6 nəfər ölüb
7
14:23 - 17 Mart 2025

İranda çərşənbə günlərində 6 nəfər ölüb, 606 nəfər isə xəsarət alıb.
TNS xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Babək Yektapərəst deyib.
Onun sözlərinə görə, ölənlərin beşi kişi, biri isə qadındır.
Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur, kustar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.