ABŞ Almaniyadan Ermənistana hərbi texnika daşımağı planlaşdırır

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona keçirmək istəyir.
TNS xəbər verir ki, bu barədə RT sənədlərə istinadən məlumat yayıb.
Bildirilib ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək, iyulun 16-dan avqustun 7-dək davam edəcək.
Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.
“Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 ədəd texnikanın daşınması planlaşdırılır”, - məlumatda qeyd olunub.
Hərbi elmlər doktoru Konstantin Sivkovun fikrincə, Amerika qoşunlarının Ermənistandakı hərəkətləri ABŞ-nin Qafqaza təsirini gücləndirməyə şərait yaradır.