Close

Saakaşviliyə yenə cəza verildi

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili daha 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.

TNS xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib,

İndiki cəza artıq sabiq dövlət başçısı üçün dördüncü cəzadır. Üçüncüsü isə martın 12-də açıqlanıb: Saakaşvili büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsinə görə 9 il həbs cəzası alıb. Bununla da sabiq prezidentin 2021-ci ildən bəri çəkdiyi altı illik cəzaya daha iki iş üzrə: deputat Valeri Qelaşvilinin döyülməsi və Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi ilə bağlı 3 il əlavə edilib.

2007-ci ildə Tbilisidə nümayişin zorakılıqla dağıdılması və iş adamı Badri Patarkatsişviliyə məxsus “İmedi” televiziya şirkətinin ələ keçirilməsi ilə bağlı daha bir iş hələ də davam edir.