İran Trampın məktubuna niyə cavab vermir?
7
11:54 - 17 Mart 2025

İran ABŞ Prezidenti Donald Trampdan məktub alıb, lakin hərtərəfli araşdırmadan sonra cavab verəcək.
TNS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliyinin rəsmisi ABŞ prezidentinin Tehrana nüvə danışıqları təklif edən məktubunu aparıb, Ali Rəhbər Ayətullah Əli Xamenei bu təklifin Vaşinqton tərəfindən “aldadılmaq” olduğunu deyərək rədd edib.