Zelenski onu Baş Qərargah rəisi təyin etdi
16
23:42 - 16 Mart 2025

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
TNS xəbər verir ki, təyinat martın 16-da Baş Qərargahın rəsmi səhifəsində elan olunub.
Bildirilir ki, bu, qoşunların idarə edilməsinin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilib.
Xatırladaq ki, o, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.