Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endirdilər
17
22:27 - 16 Mart 2025

Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalında Birləşmiş Ştatlara məxsus “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum edib.
TNS xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalına bildirib.
“ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Qırmızı dənizin şimalında 18 ballistik və qanadlı raket, o cümlədən PUA hücumuna məruz qalıb”, - Sariya qeyd edib.
Onun sözlərinə görə, ABŞ martın 16-na keçən gecə Yəmənin əyalətlərinə 47 zərbə endirib.