Close

Terror aktı törədildi - 12 hərbçi həlak oldu

Pakistanın Bəlucistan bölgəsində sərhədçiləri daşıyan avtobus karvanına hücum olub. 

Bu barədə TNS yerli mətbuata istinadla xəbər verir.

Bildirilib ki, hadisə nəticəsində azı 12 hərbçi həlak olub, daha 26 nəfər yaralanıb.

Partlayışı kamikadze əldəqayırma qurğudan istifadə etməklə həyata keçirib.

Xatırladaq ki, martın 11-də terrorçular Bəlucistan əyalətində qatarı qaçırıblar. Hücumçular azı 50 girovu öldürüblər. Qatarın sərnişinləri azad edilib. Əməliyyat zamanı 28 əsgər həlak olub.