Serbiyada matəm günü elan edilir
12
19:07 - 16 Mart 2025

Xəbər verdiyimiz kimi, Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.
TNS xəbər verir ki, Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib.
O, faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğunu bildirib.
Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.