Ərdoğan Trampla danışdı
10
19:29 - 16 Mart 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Bildirilib ki, danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-ın yeni dövrdə əməkdaşlığı həmrəy, nəticəyönümlü və səmimi şəkildə irəlilədəcəyinə inandığını ifadə edib.