Nikol Paşinyan Məsud Pezeşkian ilə telefon danışığı aparıb
13
15:47 - 16 Mart 2025

Ermənistanın Baş naziri Nikol Paşinyan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
TNS xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Danışıq zamanı Paşinyan, Ermənistan və Azərbaycan arasında "Sülhün bərqərar edilməsi və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin mətni üzrə razılığın əldə edildiyini və müzakirələrin tamamlandığını bildirib.
Tərəflər, həmçinin Ermənistan-İran əlaqələrinə dair regional və ikitərəfli məsələləri müzakirə ediblər.