Close

19:29
16 Mart 2025

Konsert zamanı yanğın - 59 ölü, 155 yaralı - YENİLƏNİB

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş verən yanğın nəticəsində 59 nəfər həlak olub, 155 nəfər isə yaralanıb.

13:48

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə yerli “Veçer” nəşri məlumat yayıb.

Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Təsdiqlənməmiş məlumata görə, konsert keçirilən gecə klubunun sahibi saxlanılıb.

Bundan başqa, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb.