Close

19:29
16 Mart 2025
17:29
16 Mart 2025

Roma Papasının son vəziyyəti

"Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı klinik vəziyyət sabit qalıb".

TNS xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, pontifik gecə ərzində qeyri-invaziv mexaniki ventilyasiya ehtiyacını tədricən azaldıb:

"Yüksək axınlı oksigen terapiyası isə davam edir. Tibbi terapiya və müalicələr klinik mənzərədə tədricən yaxşılaşma göstərir. Papa günün çox hissəsini müalicə, dua və istirahət etməklə keçirib”.

Xatırladaq ki, fevralın 14-dən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.