Güclü qasırğa 33 can aldı
11
10:29 - 16 Mart 2025

ABŞ-nin Orta Qərb və cənub ştatlarında güclü qasırğa baş verib.
TNS xəbər verir ki, bu barədə Amerikanın yerli mediası məlumat yayıb.
Bildirilib ki, güclü fırtınalar nəticəsində 33 nəfər həlak olub.
Fırtına Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatları da daxil olmaqla, ölkənin böyük bir hissəsini əhatə edib.