Trampın qırmızı, sarı, narıncı SİYAHISI

ABŞ administrasiyası prezident Donald Trampın ilk dövründə tətbiq ediləndən daha genişmiqyaslı yeni səyahət qadağası hazırlayır.
TNS xəbər verir ki, Xarici İşlər Nazirliyinin hazırladığı siyahıya Əfqanıstan, İran və Kuba da daxil olmaqla, tamamilə qadağan olunmuş 11 ölkə daxildir.
Rusiya və Belarus kimi narıncı siyahıda olan ölkələrin vətəndaşları ABŞ-yə yalnız xüsusi şərtlərlə daxil ola biləcəklər.
Tramp administrasiyası 43 ölkəni əhatə edə biləcək yeni səyahət qadağasını nəzərdən keçirməyə başlayıb.
ABŞ-nin təhlükəsizlik siyahısına daxil edilən ölkələr və rəng kodları aşağıdakılardır:
Qırmızı siyahı: bütün səyahətlər qadağandır
Yəmən
Əfqanıstan
Butan
Kuba
İran
Liviya
Şimali Koreya
Somali
Sudan
Suriya
Venesuela
Narıncı siyahı: vizalar kəskin şəkildə məhdudlaşdırılıb
Belarusiya
Eritreya
Haiti
Laos
Myanma
Pakistan
Rusiya
Syerra-Leone
Cənubi Sudan
Türkmənistan
Sarı siyahı: narahatlıqlar 60 gün ərzində həll edilməlidir
Anqola
Antiqua və Barbuda
Benin
Burkina Faso
Kamboca
Kamerun
Kabo-Verde adaları
Çad
Konqo Respublikası
Konqo Demokratik Respublikası
Dominika
Ekvatorial Qvineya
Qambiya
Liberiya
Malavi
Mali
Mavritaniya
Sent-Kits və Nevis
Sent Lusiya
San-Tome və Prinsipi
Vanuatu
Zimbabve