Close

Ukraynanın taleyini həll edən rəsmilər bəlli oldu

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib.

TNS-in məlumatına görə, bu barədə Zelenskinin sərəncamında deyilir.

Qeyd olunub ki, Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətinə Andrey Sıbiqa ( xarici işlər naziri), Rustem Umerov (müdafiə naziri) və Pavel Palisa (Prezident Aparatı rəhbərinin müavini) daxildir.

Xatıraladaq ki, martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi belə olub.