Tramp: "İŞİD lideri İraqda zərərsizləşdirilib"

ABŞ Prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.
TNS xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
“Bu gün İraqda İŞİD-in fərari lideri öldürüldü. Cəsur hərbçilərimiz onu yorulmadan ovladılar”, - Tramp yazıb.
O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.
Martın 14-də İraqın Baş naziri və Ali Baş komandanı Məhəmməd əl-Sudani İŞİD liderlərindən birinin “Əbu Xədicə” ləqəbli olduğunu elan edib. Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.