Close

Rusiya Krikoy Roqu vurdu: yaralılar var

Rusiya ordusu Krivoy Roqda yaşayış massivinin mərkəzinə zərbələr endirib.

TNS xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Lısak “Telegram”da məlumat yayıb.

Lısak bildirib ki, 3 yaşayış binasına ziyan dəyib, ticarət obyektləri və şəhər kommunikasiyaları dağılıb.

Onun sözlərinə görə, raket hücumu nəticəsində 8 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti orta ağırdır.