Close

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

TNS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.