Məşhur döyüşçü küçədə güllələndi - FOTO + VİDEO

Odessanın mərkəzində dəhşətli qətl hadisəsi törədilib.
TNS xarici mətbuata istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzində Ukrayna Qəhrəmanları (Aleksandrovski) prospektində qeydə alınıb.
32 yaşlı Ukrayna millətçisi Demyan Qanul saat 10 radələrində şəhərin mərkəzində güllələnib.
Qeyd edək ki, əslən Kirovoqrad vilayətindən olan Qanul Odessada ali təhsil alıb. O millətçi "Praviy sektor" təşkilatının Odessa qanadının fəallarından olub, özü isə "Küçə cəbhəsi" ictimai təşkilatının liderliyini edib. O yaşıl zonalarda tikinti aparılmasına qarşı mübarizə aparması və zooaktvist kimi də aktiv fəaliyyət göstərib. O könüllü olmaqla bərabər Odessada rus imperiyasından və bolşeviklərdən qalma küçə adlarının və ya abidələrin dəyişdirilməsi və sökülməsinin aktiv tərəfdarlarından idi. Aktivisti güllələyən şəxs kameralara düşüb. Ukrayna daxili işlər naziri İqor Klimenko cinayəti şəxsən nəzarət götürdüyü ilə bağlı açıqlama verib. Hadisənin araşdırılması və cinayətkarın həbs olunması üçün Kiyevdən xüsusi istintaq əməliyyat qrupu göndərilib.