Close

Şagirdlərin dərsə smartfon gətirməsi qadağan edildi

İsveç hökuməti məktəblərdə ağıllı mobil telefonlardan (smartfon) istifadəni qadağan edib.

TNS xəbər verir ki, ölkənin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında bütün ibtidai və orta məktəblərdə smartfonların qadağan edildiyini açıqlayıb.

O bildirib ki, elmi araşdırmalara əsasən, şagirdlər dərslərdə mobil telefonu olmadan özlərini daha yaxşı hiss edirlər. Nazir ağıllı telefonların şagirdlərin diqqətini yayındırdığını, imtahan nəticələrinə mənfi təsir etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, şagirdlər məktəbə daxil olarkən mobil telefonlarını qapıda təhvil verəcək, çıxışda alacaqlar.

Hökumətin qərarı 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.