Close

İsrail Əhməd əl-Şaraanı təhdid etdi

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hücum edib.

TNS xəbər verir ki, hücum çərçivəsində bir bina hədəf alınıb və iki güclü partlayış səsi eçidilib.

İsrail müdafiə naziri Katz açıqlama verərək, Fələstin İslami Cihad Hərəkatının qərargahının vurulduğunu bildirib.

Nazir həmçinin Suriya Prezidentini “Şaraa İsrail təyyarələrinin onun üzərində dövrə vurduğunu və terrorçu hədəflərə hücum etdiyini görəcək" deyə təhdid edib.

Katz qeyd edib ki, Suriyanın İsrail üçün təhlükə olmasına imkan verməyəcəklər.