Putin Trampın nümayəndəsi ilə görüşəcək
8
18:00 - 13 Mart 2025

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla görüşəcək.
TNS xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Qəzetin xüsusi müxbiri Andrey Kolesnikovun məlumatına görə, axşam saatlarında Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Kremlin 1-ci korpusunda Trampın xüsusi nümayəndəsi Stiv Utikoffla görüşəcək.