İsrail ordusu Dəməşqə zərbə endirdiyini təsdiqlədi
10
17:10 - 13 Mart 2025

İsrail Müdafiə Ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə TASS İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.
Hədəf kimi Fələstin təşkilatı "İslami Cihad"ın komanda mərkəzi göstərilib.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq Dəməşqdə "İslami Cihad"a məxsus terror komanda mərkəzinə dəqiq hava zərbəsi endirib. Komanda İsrail dövlətinə qarşı terror fəaliyyətlərini planlaşdırmaq və idarə etmək üçün istifadə olunurdu", - bəyanatda bildirilib.