Close

"İsraillə münasibətləri normallaşdırmaq niyyətimiz yoxdur"

Livanın İsraillə münasibətləri normallaşdırmaq niyyəti yoxdur.

TNS xəbər verir ki, bunu Livanın informasiya naziri Paul Murkus bildirib.

Onun sözlərinə görə, İsrailin saxladığı livanlı məhbusların azad edilməsi üçün danışıqlar dolayı yolla aparılıb.

“Hökumətin İsraillə münasibətləri normallaşdırmaq niyyəti yoxdur",- nazir qeyd edib.