Bu ölkənin yeni prezidenti and içdi
14
14:56 - 13 Mart 2025

Yunanıstan parlamentinin keçmiş sədri Konstaninos Tasulas prezident vəzifəsinə başlayıb, Katerina Sakellaropulunu əvəz edib.
TNS xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Qeyd edək ki, fevralda Yunanıstan parlamenti K. Tasulası respublikanın yeni prezidenti seçib. Səsvermənin dördüncü turunda o, 160 səs toplayıb. Səsvermədə parlamentin 300 üzvündən 276-sı iştirak edib. Seçilmək üçün namizədə 151 səs lazım idi.