Close

İES-də yanğın oldu

Moskvada İstilik Elektrik Stansiyasının yerləşdiyi ərazidə yanğın baş verib.

TNS xəbər verir ki, Rusiya paytaxtının Xoroşevo-Mnevniki rayonunda yerləşən Mosenerqoya məxsus İES-in yaxınlığındakı binanın dam örtüyü yanır.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın yaxınlıqdakı İES-in fəaliyyətinə təsir göstərmir.