Polşanın ABŞ-dən nüvə silahı ilə bağlı xahişi
8
10:06 - 13 Mart 2025

Polşa Prezidenti Anjey Duda ABŞ-ni respublikada nüvə silahı yerləşdirməyə çağırıb.
TNS xəbər verir ki, bu barədə Duda “The Financial Times”a müsahibəsində bildirib.
O, bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə etdiyini açıqlayıb.
Siyasətçi bunu NATO-nun sərhədlərinin 1999-cu ildə şərqə doğru hərəkət etməsi ilə əsaslandırıb.