Close

Müxalifətə qoşulan diplomat öldürüldü

Suriyanın sabiq diplomatı Nurəddin İbrahim əl-Lebad ölkənin cənubundakı Dəra əyalətinin Sanamayn rayonunda naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

TNS xəbər verir ki, 2013-cü ildə devrilmiş BƏƏS rejimini tərk edərək müxalifətə qoşulan Lebad bir çox konsulluqlarda çalışıb.

Lebad Suriyanın Səna, Bağdad, Ankara, Paris və Tripolidəki səfirliyində, həmçinin Benqazidəki konsulluqda çalışıb. 2013-cü il aprelin 16-da rejimdən qaçan və Fransada məskunlaşan ilk suriyalı diplomatlardan biri olub.

Diplomatın iki həftə əvvəl məmləkətinə qayıtdığı öyrənilib.