“Rusiyaya təzyiq vasitəsi kimi əlimizdə rıçaqlar var”
6
06:48 - 13 Mart 2025

ABŞ-nin əlində Rusiyaya təzyiq vasitəsi kimi rıçaqlar var.
TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ağ Evdə ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, maliyyə baxımından Rusiya üçün çox pis, dağıdıcı işlər görə bilər.
Eyni zamanda, Tramp Rusiya-Ukrayna münaqişəsinin tərəfləri arasında sülh olması üçün bunu etmək istəmədiyini vurğulayıb.
O, Rusiya tərəfinin atəşkəs haqqında təklifə razılıq verməsini gözlədiyini əlavə edib.