Close

03:04
13 Mart 2025

İtlər sahibini yedi

İngiltərənin Suindon şəhərində yaşayan 45 yaşlı Cemma Hartın evində bəslədiyi itləri onu yeyib.

TNS xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, Hartın həftələrlə görünməməsindən sonra qonşuları narahat olub və polisə məlumat verib.

Evə daxil olan polis Hartın cansız bədənini itləri tərəfindən parçalanmış vəziyyətdə tapıb.

Polis və tibb qruplarının müayinələrindən sonra Cemma Hartın intihar etdiyi müəyyənləşib.

Meyit uzun müddət evdə qaldığı üçün itlər aclıqdan sahibinin cəsədini yeməyə başlayıblar.

İki uşaq anası Cemma Hartın müxtəlif sağlamlıq və psixoloji problemləri olub.