Close

03:04
13 Mart 2025

Putin Kurska getdi- Orduya bu tapşırıqları verdi

Rusiya Prezidenti Vladimir Putin hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin Rusiya ordusunun qarşısına Kurskun tez bir zamanda Ukrayna hərbçilərindən tamamilə təmizlənməsi vəzifəsini qoyub.

Bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra Rusiya prezidentinin Kursk vilayətinə ilk səfəridir.