Tramp: "Zelenski indi sülhə razıdır"

“Əgər Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, ona qarşı sanksiyalar dağıdıcı ola bilər.”
TNS xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə müsahibəsi zamanı bildirib.
"Elə şeylər var ki, maliyyə baxımından xoşagəlməz olar. Mən maliyyə baxımından tədbirlər görə bilərəm. Bu, Rusiya üçün çox pis olar. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm.", - o bildirib.
ABŞ-nin Ukrayna məsələsində nəyisə həll etməyə yaxınlaşdığını vurğulayan Tramp maliyyə tədbirlərinin Moskva üçün dağıdıcı ola biləcəyini deyib.
O həmçinin əvvəllər sərt olan Ukrayna tərəfinin fikrini dəyişdiyini düşündüyünü qeyd edib.
"Əvvəllər sülh istəmirmiş kimi görünən Zelenski indi sülhə razıdır. Necə olacağına baxacağıq", - Tramp deyib.
Tramp bundan başqa danışıqlar zamanı torpaq məsələlərinin də müzakirə olunduğunu deyib.