Zelenski 30 günlük atəşkəsə niyə razı olduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski 30 günlük atəşkəsə niyə razılıq verdiyini açıqlayıb.
TNS xəbər verir ki, bu barədə o, martın 12-də keçirdiyi brifinqdə danışıb.
Zelenski bu qərarın sülhə hazır olduğunu nümayiş etdirmək üçün verildiyini deyib.
Onun sözlərinə görə, əvvəlcə müzakirələr havada və dənizdə hücumların dayandırılmasından gedib, lakin ABŞ bunu Ukraynanın bütün ərazisini əhatə edəcək şəkildə genişləndirməyi təklif edib.
"Mən bunu dəfələrlə vurğulamışam, heç birimiz ruslara güvənmirik, biz bunu yaşadıq, amma müharibənin bitməsini istəmirik kimi görünən oyunun içində də olmayacağıq. Mən çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir”,- Ukrayna lideri qeyd edib.