Close

19:21
12 Mart 2025

Yeniyetmə yeni saç düzümü üçün başını yandırıb

Krımda 16 yaşlı yeniyetmə saçını qeyri-adi üsulla kəsdirmək istəyərkən yanıq xəsarətləri alıb.

TNS xəbər verir ki, bu barədə “Sapa” məlumat yayıb.

Yeniyetmə oddan istifadə edərək yeni saç düzümü etmək istəyib. Bu məqsədlə o, saçın üzərinə tez alışan maye tökərək yandırıb.

16 yaşlı oğlan alovun saçındakı artıq uzunluğu aradan qaldıracağını düşünüb, lakin alov təkcə saçını deyil, baş dərisini, qulaqlarını və boynunu da yandırıb.